Formula 1 Azərbaycan Qran-prisinin əsas yarışı start götürüb
Bakı şəhər halqasında Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürüb. Yarışa "Mercedes" pilotu Corc Rassel poul mövqeyindən başlayıb. Dünən keçirilən sıralama turunda ən yaxşı nəticəni məhz Rassel göstərib, "Ferrari" pilotu Şarl Lekler ikinci yeri tutub.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva yarışı izləyirlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında keçirilən Formula 1 Azərbaycan Qran-prisinin əsas yarışını izləyirlər.
Corc Rassel qələbəyə can atır
Şənbə günü Azərbaycan Qran-prisində birinci mövqedən start götürən "Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel yaxşı startı qələbə üçün əsas məqam hesab edir. C.Rasselin sözlərinə görə, dünənki təsnifat mərhələsi onun üçün əla alınıb. O, Bakıdakı poulu qələbəyə çevirməyə çalışacağını bildirib.
Kimmi Antonelli geridən irəliləməyə ümid edir
"Mercedes" komandasının pilotu və çempionatın lideri Kimmi Antonelli bu gün Formula 1 üzrə Azərbaycan Qran-prisində xeyli mövqe geri qaytaracağına ümid edir. Dünənki təsnifat mərhələsindən sonra Antonelli yalnız 16-cı yerdən start götürəcək.
"Aston Martin"dən növbəti itki
"Aston Martin" komandasının daha bir pilotu Bakıda keçirilən Azərbaycan Qran-prisinin əsas yarışında mübarizəni dayandırıb. Bu dəfə Fernando Alonso uğursuzluqla üzləşib. Daha əvvəl onun komanda yoldaşı Lens Stroll də yarışdan kənarda qalmışdı.
Qalib mükafatlandırılıb
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb. Fəxri kürsünün ilk pilləsində "Mercedes"in britaniyalı pilotu Corc Rassel yer alıb. "Red Bull"dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü olub.
SOCAR İtaliya millisinin baş sponsoru olacaq
SOCAR İtaliyanın kişilərdən və qadınlardan ibarət milli futbol komandalarının "Baş Qlobal Enerji Sponsoru" olacaq. Bu barədə şirkətdən məlumat verilib. Məlumata görə, bu razılaşma SOCAR ilə İtaliya Futbol Federasiyası arasında imzalanan Strateji Əməkdaşlıq müqaviləsi əsasında əldə olunub.
Mançester Siti ilə Premyer Liqa arasında hüquqi mübarizə
Mançester Sitin Premyer Liqa ilə apardığı hüquqi mübarizə nəzarətdən çıxa bilər. Keçmiş klub rəhbəri bu barədə xəbərdarlıq edib. Əvvəllər Liverpulun idarəedici direktoru və Aston Villanın baş icraçı direktoru olmuş Kristian Perslou bu mövqeyi bildirib.
Mançester Siti kuboklardan məhrum edilə bilərmi?
Mançester Siti işi ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri də klubun 2009-2018-ci illər arasında qazandığı səkkiz kubokdan məhrum edilməsi ehtimalıdır. Sosial mediada rəqib komandaların azarkeşlərinin əksəriyyəti məhz belə bir nəticə gözləyir. Bununla belə, Premyer Liqada bu istiqamətdə istək olmadığı bildirilir.
İrlandiya millisinin mətbuat konfransı təxirə salınıb
İrlandiya Respublikası futbol komandası Macarıstanda keçiriləcək UEFA Millətlər Liqasının İsrailə qarşı oyunu öncəsi planlaşdırılan mətbuat konfransını təxirə salıb. Bu oyun artıq bir müddətdir ki, müzakirələrə səbəb olub.