2026 Dünya Kubokunda junk food reklamları araşdırma mövzusu olub
Bristol və Oksford universitetlərinin tədqiqatçılarının apardığı araşdırmaya görə, 2026-cı il FIFA Dünya Kubokunun matçları zamanı azarkeşlərə fast food və qazlı içkiləri təbliğ edən 65 min junk food reklamı göstərilib. Reklamlar "davamlı bombardman" şəklində təqdim olunub.
Sauthemptonun baş məşqçisi casusluq qalmaqalı üzrə qərar gözləyir
İngiltərə futbolunda böyük əks-səda doğuran casusluq qalmaqalı başlayandan dörd aydan çox vaxt keçib. Sauthemptonun baş məşqçisi Tonda Ekert casusluq kampaniyasına icazə verdiyi üçün alacağı cəzanı gözləyir. Alman mütəxəssis iyul ayında intizam pozuntusu ilə bağlı bağışlanma diləyib.
Bakıdakı cüdo üzrə dünya çempionatına 95 ölkə qeydiyyatdan keçib
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatıb. Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat verib. Siyahıya Beynəlxalq Cüdo Federasiyasının (İJF) Qaçqınlar komandası da daxil edilib.
İspaniya millisi Luis de la Fuente ilə müqaviləni 2032-ci ilə qədər uzadıb
İspaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilənin uzadıldığını rəsmi olaraq açıqlayıb. Bu qərar son Dünya Kubokunun qalibi olan ölkə üçün mühüm addım kimi dəyərləndirilir. Rafael Louzanın rəhbərlik etdiyi federasiya bu addımla milli komandanın gələcəyini təmin etməyi hədəfləyir.
La Liqa hakimi iki oyunluq diskvalifikasiya ilə üzləşir
İspaniya La Liqasının VII turunda "Real"ın səfərdə "Atletiko"ya 1:2 hesabı ilə uduzduğu oyunun baş hakimi Migel Anxel Ortis Aryas ən azı iki oyunluq diskvalifikasiya ediləcək. Bu barədə "Archivo VAR" məlumat yayıb. "Sivitas Metropolitano" stadionunda keçirilən matçdakı hakim səhvləri geniş müzakirələrə səbəb olub.
Messi Argentina millisində vida oyunu üçün formanı nümayiş etdirib
Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi Argentina yığmasının heyətində sonuncu oyunu üçün formasını nümayiş etdirib. Oktyabrın 6-da Argentina millisi Benin yığması ilə qarşılaşacaq. Oyun Buenos-Aresdəki "Monumental Antonio Vespucio Liberti" stadionunda keçiriləcək.
Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan milliləri mübarizə aparacaq
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti oyunlarını oynayacaqlar. Kişilərdən ibarət komanda VI turda Argentina ilə üz-üzə gələcək, qadınlardan ibarət milli isə Qazaxıstan yığması ilə qarşılaşacaq.
Emrah Aykurt: Qadınlar Super Liqasının əsas məqsədi oyunçu bazası formalaşdırmaqdır
Qadınlar Super Liqasının təşkilində əsas məqsəd rəqabəti artırmaq və milli komandalar üçün geniş oyunçu bazası formalaşdırmaqdır. Bunu AFFA-nın Qadın Futbolu Üzrə Texniki Direktoru Emrah Aykurt deyib. Mütəxəssis Qadınlar Super Liqasının 2026/2027 mövsümü ilə bağlı açıqlamasında bu prioriteti vurğulayıb.
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Bakıda böyüklər arasında keçiriləcək cüdo üzrə dünya çempionatında ədalət təmsilçilərindən biri olacaq. Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat verib.
Koul Palmer zədə səbəbindən İngiltərə millisindən çıxır
"Çelsi"nin hücumçusu Koul Palmer kiçik zədəsi səbəbindən İngiltərə millisinin qarşıdakı Millətlər Liqası oyunları üçün heyətindən çıxmaq niyyətindədir. 24 yaşlı futbolçu baş məşqçi Tomas Tuhel tərəfindən geri çağırılmışdı.