Lionel Messi karyerasında 6-cı dəfə dünya çempionatında iştirak edəcək
Futbol üzrə Argentina millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb. Baş məşqçi Lionel Skaloni ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən ulduz futbolçu Lionel Messi üçün də yığmaya dəvət göndərib. Bununla da, təcrübəli hücumçu karyerası ərzində 6-cı dəfə dünya çempionatında iştirak etmək şansı qazanıb.
Azərbaycan minifutbol millisi Avropa çempionatında mübarizəyə başlayır
Azərbaycanın minifutbol üzrə milli komandası Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında mübarizəyə başlayır. Yığmamız bu gün turnirdəki ilk rəsmi oyununa çıxacaq. F qrupunda yer alan komandamız ilk görüşdə Avstriya yığması ilə qarşılaşacaq.
"Barselona" argentinalı hücumçu Xulian Alvares ilə anlaşıb
Argentina millisinin və "Atletiko Madrid" klubunun futbolçusu Xulian Alvares "Barselona" ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. Bu barədə məlumatı insayder Sesar Luis Merlo sosial şəbəkə hesabında yayıb. Kataloniya klubunun rəhbərliyi hazırda transferin digər detalları üzərində iş aparır.
Mehmet Topal "Petrolul" klubundakı fəaliyyətini başa vurub
Tanınmış futbol mütəxəssisi Mehmet Topal Rumıniya təmsilçisi "Petrolul" klubundakı fəaliyyətini tamamladığını bildirib. İki mövsüm ərzində fərqli dövrlərdə bu komandanı çalışdıran gənc məşqçi nümayiş etdirdiyi uğurlu nəticələrlə diqqət çəkib. Hazırda gənc məşqçiyə Avropadan yeni təkliflər var.