"Qarabağ" bu gün "Neftçi" ilə üz-üzə gəlir
Misli Premyer Liqasının VIII turunda bu gün ən maraqlı oyun keçiriləcək. Ağdamın "Qarabağ" komandası Bakıda "Neftçi" ilə qarşılaşacaq. Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 19:00-da start götürəcək.
Bakıda ilk dəfə sumo üzrə dünya çempionatı keçirilir
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçirilir. Bakı İdman Sarayında reallaşacaq beynəlxalq yarışda dünyanın 30-a yaxın ölkəsindən müxtəlif yaş qruplarını təmsil edən idmançılar medallar uğrunda mübarizə aparacaqlar.
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olunub
Oktyabrın 16-da Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, tədbirdə Prezident İlham Əliyevin müvafiq fərmanı əsasında bir sıra şəxslər təltif olunub.
AirBadminton komandamız Avropa çempionatında bürünc medal qazanıb
Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən AirBadminton üzrə Avropa çempionatında Azərbaycanın qadınlardan ibarət milli komandası bürünc medal qazanıb. Bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.
Yeniyetmə taekvondoçularımız təlim-məşq toplanışı keçiriblər
Azərbaycanın yeniyetmə taekvondoçuları Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçiriblər. Hazırlıq prosesi oktyabrın 12-dən 17-dək davam edib. Toplanış Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə reallaşıb.