İdman Xəbər
27.08.2020 23:48
0 abunə
424
Ulduz futbolçu PSJ-dən getdi
Fransa çempionu PSJ kapitanı Tyaqo Silvanın komandadan ayrıldığını rəsmən açıqlayıb.
Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Tyaqo Silva 2012-ci ildən PSJ-də çıxış edirdi. Silvanın azad agent kimi “Çelsi”yə keçməyə yaxın olduğu bildirilir. London klubunun braziliyalı oyunçu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.