
Super Liqa klubu Qurban Qurbanova təklif göndərdi

Növbəti mövsüm Türkiyə Superliqasında oynamağa vəsiqə qazanan "Hatayspor" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərib.
Türkiyə təmsilçisi 48 yaşlı mütəxəssisi baş məşqçi vəzifəsinə gətirmək üçün onunla danışıqlar aparır. Klub rəhbərliyi səviyyəsində Q.Qurbanovla danışıqlar son günlər daha da gücləndirilib.
Məsələ ilə bağlı Qurbanovun özünün rəyini öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, bu, səviyyəli yüksək liqaları olan ölkələr səviyyəsində son 20 ildə Azərbaycan məşqçilərinə ilk müraciətdir.
Xatırladaq ki, "Hatayspor" 2019/20 mövsümündə Türkiyə birinci liqasında çempionluğu rəsmiləşdirib və superliqaya vəsiqə qazanıb. Komandanın hazırkı baş məşqçisi Mehmet Altıparmakdır. Amma klubun onunla yolları ayırmaq istədiyi bildirlir.
Qeyd edək ki, Q.Qurbanova bu təklif barədə ilk xəbəri azerisport.com saytı yayıb.
Basketbol, voleybol və digər komanda oyunları haqqında yazıram. Bu idman növlərinin Azərbaycanda populyarlaşmasına töhfə vermək istəyirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Volkan Demirelin yeni klubu bəlli oldu
Xəbər Anı
UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Atletik"...
Azəri Xəbər

Millimizin sabiq futbolçusu Rusiya Premyer Liqasın...
İdman Xəbər
“Əl-Hilal”ın futbolçusu “Fənərbaxça”ya keçə bilər
Azəri Xəbər

Nərgiz Qurbanova yeni vəzifəyə təyin edildi
Son Xeberler

Qurban Qurbanov müqavilə təklifini rədd etdi
Son Xeberler



