🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Qarabağ"dan UEFA-nın qərarı ilə bağlı AÇIQLAMA

09.09.2020 16:38 393 baxış sayı 3 dəq. oxuma
"Qarabağ"dan UEFA-nın qərarı ilə bağlı
"Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə oyunun Kiprin Larnaka şəhərinə salınmasına münasibət bildirib.
 
Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov UEFA-nın belə qərar qəbul edə biləcəyini gözlədiklərini söyləyib.
 
Onun sözlərinə görə, Norveç hökumətinin addımı ədalətsizdir: "UEFA-dan istənilən qərarı gözləyirdik. Qitə futbol qurumuna da bildirdik ki, Norveç hökumətinin qəbul etdiyi qərar ədalətsizdir. Digər federasiyaların UEFA-ya göstərdiyi münasibəti Norveç Futbol Federasiyası göstərmədi. Bunu ədalətsizlik hesab edirik. Onlar futbol qanunlarını yox, öz klublarını düşündülər. Bu da federasiya baxımından qəbuledilməz xətdir".
 
A.Əsgərov bildirib ki, UEFA dövlətlərin qərarlarına müdaxilə edə bilmədiyi üçün bu addımı atıb: "Normalda qurum bizim arqumentlərimizə indiyədək cavab verə bilmir, haqlı olduğumuzu deyirlər. Sadəcə, məqsəd futbolun olmasıdır. Bunu əngəlləyəcək hansısa səbəb varsa, UEFA buna uyğun qərar verməlidir. Bilirsiniz ki, Norveç klubu Bakıdan qayıtdıqdan sonra 10 gün karantində qalmalı idi".
 
"Qarabağ" rəsmisi oyunun keçirilmə yeri olaraq Kipri seçmələrinin səbəbini də izah edib: "Vaxt çox azdır. Kiprə hamımız komanda ilə birlikdə gedəcəyik. Təşkilati məsələlər nominal meydan sahibi kimi bizə aid olacaq. Burada viza məsələsi də rol oynadı. Digər 3 ölkəyə Şengen vizası lazım olacaqdı. Bunu isə 2-3 gün ərzində etmək mümkün deyildi. Kipr hökumətinin yalnız komandanın üzvlərinə hava limanında viza təşkil etməsi üçün danışıq aparırıq".
 
Qeyd edək ki, sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. (report)
 

Etiketlər

Paylaş: