"Qalatasaray"ın qapıçısı doğum günündə əməliyyat olunacaq

15.06.2020 11:56 677 baxış sayı 1 dəq. oxuma
"Qalatasaray"ın qapıçısı doğum günündə əməliyyat olunacaq

Türkiyə Super Liqasının XXVII turunda "Rizespor"la matçda zədələnən "Qalatasaray"ın qapıçısı Fernando Musleranın əməliyyat olunacağı tarix bəlli olub. 


34 yaşlı qolkiper iyunun 16-da, doğum günündə əməliyyat olunacaq. 


Qeyd edək ki, qarşılaşma İstanbul təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Muslera 15-ci dəqiqədə ayağından xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. Təcrübəli qapıçının sağ ayağında iki qırıq aşkarlanıb. Onun təxminən 6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. 

E
Döyüş idmanları müxbiri

Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: