
Millimizin futbolçusundan "Beşiktaş" açıqlaması

"Beşiktaş çox böyük klubdur. Mənim də böyük hədəflərim var. Amma hazırda mənə görə kluba hansısa rəsmi təklif gəlməyib".
Bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökçü Türkiyə təmsilçisi "Beşiktaş"ın onunla maraqlanması xəbərinə münasibət bildirərkən deyib.
Hazırda "Sabah" klubunda çıxış edən gənc yarımmüdafiəçi komandasında çox xoşbəxt olduğunu söyləyib. Kökçü deyib ki, karyerası üçün ona hansı klub kömək edibsə, onlara sonsuza qədər təşəkkür borcu var: "Bildiyim qədər rəsmi təklif yoxdur və bu məsələ ilə çox da məşğul olmuram. Hazırda çempionatda çıxış etmək üçün yaxşı forma yığmağa çalışıram. Digər məsələlər agentlərimin işidir. Mən tək öz oyunumu sərgiləməyə çalışıram. Təbii ki, böyük yerlərə getmək istəyirəm, amma "Sabah"dayam və klubla müqaviləm var. Yenə deyirəm: xoşbəxtəm və onlara təşəkkür borcluyam. Heç vaxt "Sabah"ın məlumatı olmadan nəsə etmərəm".
Oyunçu "Beşiktaş"dan təklif gələcəyi təqdirdə İstanbul təmsilçisinə yollanmaq üçün "Sabah"dan hansısa xahiş etməyəcəyini sözlərinə əlavə edib: "Burada mənə yenidən futbolu sevdirdilər. Rəsmi təklif gəlsə, hər şeyi danışaraq həll etməyə çalışarıq. Elə də edəcəyiz. Hər şeyi düzgün etmək istəyirəm. Çünki bundan əvvəl Türkiyədə çox pisliklər gördüm. Burada isə yaxşı mühit var. "Beşiktaş"dan təklif gəlsə, hamımız birlikdə qərar verəcəyik".
Qeyd edək ki, Ozan Can Kökçünün "Sabah"la müqaviləsi 2021-ci ilin yayında başa çatır. O, "Sabah"a Türkiyənin "Giresunspor" klubundan keçib. Yarımmüdafiəçi bu ölkədə "Bursaspor"un da formasını geyinib.
Oxşar xəbərlər

Beşiktaş evdə məğlub oldu
Bugun.az

Millimizin futbolçusu vəfat etdi -
İdman Xəbər

UEFA Avropa Liqası: Qarabağ, Qalatasaray, Fənərbax...
Son Xeberler

Kamil Zeynallı millimizin futbolçularından üzr ist...
Son Xeberler

“Beşiktaş” səfərdə qələbə qazandı - Türkiyə Superl...
Bugun.az

İşte Beşiktaş-Maccabi Tel Aviv maçının oynanacağı...
Son Xeberler