
İtaliyalı məşqçi Azərbaycanı təbrik etdi

"Neftçi" və "Xəzər Lənkəran"ın fiziki hazırlıq üzrə sabiq məşqçisi Canni Melkiorre Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi uğurlara biganə qalmayıb.
Şuşanın işğaldan azad olunması ilə bağlı özünün feysbuk səhifəsində paylaşım edən italiyalı mütəxəssis xalqımızı təbrik edib.
"Həyatımın vacib və unudulmaz illərini keçirdiyim Azərbaycanı, oradakı insanları və bu gözəl ölkədəki çoxsaylı dostlarımı torpaqların azad olunması münasibətilə təbrik edirəm. Gələcəkdə onlara xoşbəxtlik, sevgi, xüsusilə də sülh arzulayıram", - o bildirib.
Qeyd edək ki, Canni Melkiorre "Neftçi" və "Xəzər Lənkəran"la yanaşı, Türkiyənin “Qalatasaray”, Rumıniyanın “Astra”, “Petrolul” və ÇFR klublarında da işləyib.
Basketbol, voleybol və digər komanda oyunları haqqında yazıram. Bu idman növlərinin Azərbaycanda populyarlaşmasına töhfə vermək istəyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Çavuşoğlu Azərbaycanı təbrik etdi
Son Xeberler

Polşa XİN Azərbaycanı təbrik etdi
Bugun.az

Litva XİN-i Azərbaycanı təbrik etdi
Bugun.az

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik...
Bugun.az

Rövnəq Abdullayev italiyalı məşqçi ilə görüşdü -
Son Xeberler

Ərdoğan Azərbaycanı Müstəqilliyinin Bərpası Günü m...
Azəri Xəbər