İtaliya klubu Balotelli və menecerini məhkəməyə verir
İtaliyanın "Breşiya" komandası futbolçusu Mario Balotelli və meneceri Mino Rayola ilə bağlı hüquqi addımlar atmağa hazırlaşır.
Məlumata görə, hər iki şəxsi yalan məlumat yaymaqda ittiham edən A Seriyası təmsilçisi onları məhkəməyə verəcəyini açıqlayıb.
Rayola 30 yaşlı hücumçunun koronavirus pandemiyası ilə bağlı fasilədən sonra komanda ilə birlikdə məşqlərdə iştirak etməməsini onun virus testindən keçirilməməsi ilə əlaqələndirib. İtaliya millisinin üzvü də sonradan məlumatı təsdiqləyib.
Breşiya təmsilçisi isə bu cür məlumatların klubun imicinə zərbə olduğunu düşünür və onlarla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır.
Qeyd edək ki, Balotelli 2019-cu ilin avqustunda azad agent kimi "Breşiya"ya keçib. O, cari mövsüm 1 oyunda 5 qol vurub.
Oxşar xəbərlər
"Sabah" Klubu FIBA Avropa Kubokunda Debüt Oyununu...
Bugun.az
İtaliya Superkubokunun sahibi bəlli oldu
Bugun.az
“Atalanta” - “Yuventus” matçı bərabərə bitdi
Bugun.az
Romada “İtaliya Müharibəni Rədd Edir” Şüarı ilə Yü...
KIBRIT MEDIA
Volkan Demirelin yeni klubu bəlli oldu
Xəbər Anı
PSJ "Napoli"nin ulduzunu transfer edir
Bugun.az