🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

İngiltərə klubunun baş məşqçisi koronavirusa yoluxdu

10.06.2020 04:59 616 baxış sayı 1 dəq. oxuma
İngiltərə klubunun baş məşqçisi koronavirusa yoluxdu

Çempionşip (İngiltərənin ikinci divizionu) klubu “Stok Siti”nin baş məşqçisi Maykl O Nil koronavirusa yoluxub.


Bu barədə klubun rəsmi saytında yayılmış bəyanatda deyilir.


Qeyd edilir ki, 50 yaşlı mütəxəssisin təhlükəli infeksiya ilə bağlı ilk beş testi mənfi nəticə verdi. O, müsbət testdən sonra o videoəlaqə ilə məşqçi qərargahı və futbolçularla əlaqə saxlayaraq özünü təcridetməyə göndəriləcək.


Çempionşipdə mövsüm iyunun 20-də davam etdiriləcək.

Paylaş: