🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Futbol tarixinin ən yaxşı hakimi seçildi

16.12.2020 19:49 589 baxış sayı 1 dəq. oxuma
Futbol tarixinin ən yaxşı hakimi seçildi

Pyerluici Kollina "France Football" jurnalı tərəfindən futbol tarixinin ən yaxşı hakimi seçilib.

Bu barədə "Football İtalia" nəşri məlumat yayıb. Hazırda UEFA Hakimlər Komitəsinin rəhbəri olan  Kollina 1988-ci ildən 2005-ci ilə kimi hakim vəzifəsində çalışıb.

Qeyd edək ki, italiyalı sabiq referi karyerası ərzində DÇ-2002-nin finalı da daxil olmaqla, 240 A seriyası matçı və 109 beynəlxalq oyun idarə edib.

Paylaş: