"Formula 1": Mövsümün tam təqvimi nə vaxt açıqlanacaq?

12.06.2020 09:44 590 baxış sayı 2 dəq. oxuma
"Formula 1": Mövsümün tam təqvimi nə vaxt açıqlanacaq?

"Formula 1" üzrə dünya çempionatında cari mövsümün qalan hissəsinin təqviminin açıqlanacağı vaxt məlum olub.


 "Formula 1"in rəsmi saytına istinadən xəbər verir ki, digər yarışların tarixi iyulun 5-də start götürəcək Avstriya Qran-prisinədək elan olunacaq.


Yarışın rəhbərliyi 2020-ci ildə ümumilikdə 15 - 18 Qran-pri təşkil etməyi planlaşdırır. Mövsümə dekabrın ortalarında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə yekun vurulacaq.


Qeyd edək ki, "Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Mövsümə Avstriyada (3 - 5 iyul və 10 - 12 iyul) start veriləcək. Daha sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.


İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub

C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: