İdman Xəbər
İdman Xəbər

10.06.2020 16:17

0 abunə

430

FIFA dünya çempionatı üçün namizədləri açıqladı

FIFA dünya çempionatı üçün namizədləri açıqladı

FIFA 2023-cü ildə keçiriləcək qadınlar arasındakı dünya çempionatına ev sahibliyi üçün namizədləri açıqlayıb. 


Qurumun rəsmi saytı xəbər verir ki, mundiala Avstraliya və Yeni Zelandiya birlikdə təşkilatçılıq etmək niyyətindədir. 


Bunlardan əlavə, Kolumbiya və Yaponiya da yarışı keçirməyə iddialıdır. Ali futbol qurumu Braziliya Futbol Konfederasiyasının dünya çempionatına ev sahibliyi üçün müraciətini geri götürdüyünü təsdiqləyib. 


Qeyd edək ki, DÇ-2023-ün ev sahibi iyunun 25-də səsvermə yolu ilə bəlli olacaq.

2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine