İdman Xəbər
1 abunə
Çempionlar Liqası: "Qarabağ" - "Molde" cütünün rəqibi məlum oldu
16.09.2020 19:49
497 baxış sayı
2 dəq. oxuma
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunu 2:1 hesabı ilə məğlub edən Macarıstan "Ferentsvaroş"u pley-offa yüksəlib.
Budapeşt təmsilçisi növbəti mərhələdə "Qarabağ" - "Molde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.
Bu raundun ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29 - 30 sentyabr tarixlərində olacaq.
Qeyd edək ki, hazırda davam edən "Qarabağ" - "Molde" matçında əsas vaxt qolsuz başa çatdığından, əlavə vaxt oynanılacaq.
"Ferentsvaroş"la yanaşı, evdə Belarus "Brest"inə 1:0 hesabı ilə qalib gələn İsrailin "Makkabi" (Təl-Əviv) klubu və Serbiya "Srvena Zvezda"sından üstün olan Kipr "Omoniya"sı da adını pley-offa yazdırıb.
Oxşar xəbərlər
UEFA-nın Çempionlar Liqası ilə bağlı planı
İdman Xəbər
535
10/06 10:13
Çempionlar Liqası: Neymar həftənin ən yaxşı futbol...
Son Xeberler
436
11/12 19:03
Məşhur klub Çempionlar Liqasından imtina etdi
Son Xeberler
375
03/11 10:17
Bu gün UEFA avrokuboklar və AVRO-2020 ilə bağlı qə...
İdman Xəbər
484
17/06 05:40
Avstriya Norveçi Darmadağın Etdi - Millətlər Liqas...
Bugun.az
30
13/10 21:25
Çempionlar Liqası: 1/4 finalın püşkatma vaxtı bili...
İdman Xəbər
500
17/06 11:26