Azərbaycanın əməkdar məşqçisi dünyasını dəyişdi

19.08.2020 19:39 565 baxış sayı 1 dəq. oxuma
Azərbaycanın əməkdar məşqçisi dünyasını dəyişdi

Cüdo üzrə Azərbaycanın əməkdar məşqçisi, idman ustası,ölkə idmanının inkişafında böyük xidmətləri olmuş Vladimir Sidorenko vəfat edib.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
 
Respublika dərəcəli hakim uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
 
Federasiyanın rəhbərliyi və kollektivi V.Sidorenkonun vəfatından kədərləndiklərini bildirib, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.
 
Allah rəhmət eləsin!
L
İdman biznes analitiki

İdman biznesindəki prosesləri izləyirəm - transfer bazarı, sponsorluq müqavilələri, idman marketinqi. Futboldan əlavə biznes tərəfi də maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: