
Avropa Liqasında həftənin oyunçusu adına namizədlər bəlli oldu

UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - altıncı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Bu ada Almaniya “Hoffenhaym”ında çıxış edən Maksimilian Bayer, Almaniyanın "Bayer" (Leverkuzen) komandasından Leyon Bayli, Rusiyanın "MOIK" (Moskva) klubundan Ali Soye və İngiltərə "Tottenhem"indən Covani Lo Celso iddia edir.
18 yaşlı Bayer Belçika "Gent"ini 4:1 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Soye evdə İtaliya "Roma"sını 3:1 hesabı ilə üstələdikləri görüşdə, Bayli isə Çexiya "Slaviya"sına 4:0 qalib gəldikləri oyunda eyni sayda qol vurub.
Lo Celso Londonda Belçika “Antverpen”ini 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada fərqlənib.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.
Oxşar xəbərlər

ÇL-də həftənin ən yaxşısı adına namizədlər -
İdman Xəbər

Qarabağ Tottenhemdən 3-0 Hesabı ilə Uduzdu - Avrop...
Son Xeberler

"Qarabağ" - "Ayaks" oyunu başladı: Avropa Liqasınd...
Bugun.az

Çempionlar Liqası: 1/4 finalın püşkatma vaxtı bili...
İdman Xəbər

UEFA Millətlər Liqasında Heyecanlı Tur Bitdi
Bugun.az

Volkan Demirelin yeni klubu bəlli oldu
Xəbər Anı