Afrikada koronavirusa yoluxanların sayı 240 mini ötdü
Afrikada koronavirusa yoluxma faktlarının sayı 240 295-ə yüksəlib.
Bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatının bölgə üzrə nümayəndəliyi yayıb.
Məlumata görə, qitədə COVID-19-dan ölənlərin sayı 6 412 nəfərə çatıb.
Bildirilib ki, virusun Afrikada ortaya çıxmasından bəri 110 mindən çox pasiyent sağalıb.
Qara qitədə ən çox yoluxma faktları CAR (70 038), Misir (42 980) və Nigeriyada (16 085) aşkarlanıb. Ən çox ölüm halları isə Misir (1 484), CAR (1 480) və Əlcəzairdə (767) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8 milyonu ötüb. Bunların 4,1 milyon nəfərdən çoxu sağalıb, 436 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxşar xəbərlər
ÜST Afrikada pandemiya ilə bağlı son vəziyyəti açı...
Son Xeberler
Ermənistanda yoluxanların sayı yenə 2 mini keçdi
Son Xeberler
Hindistanda COVID-19-a yoluxanların sayı 320 mini...
Son Xeberler
Belarusda koronavirusa yoluxanların sayı 51 mini ö...
Son Xeberler
Belarusda koronavirusa yoluxanların sayı 56 mini ö...
Son Xeberler
Belçikada koronavirusa yoluxanların sayı 60 mini ö...
Son Xeberler