
2021-ci ildə Bakıda Premyer Liqa yarışı olacaq - RƏSMİ

Ümumdünya Karate Federasiyası (WKF) 2021-ci ilin ilkin təqvim planına Bakıya yarış saldığını təsdiqləyib.
Gələn il keçiriləcək beş Premyer Liqa yarışından (bu il bu yarışın sayı altı idi – red.) biri – ikincisi Bakıda baş tutacaq. Bu yarış 12-14 mart tarixlərində təşkil olunacaq.
Digər Premyer Liqa yarışları Lissabon (19-21 fevral), Rabat (9-11 aprel), Daşkənd (3-5 sentyabr) və Moskvada (1-3 oktyabr) keçiriləcək. Bunlardan Mərakeş və Rusiyadakı yarışlar istisna olmaqla, Premyer Liqa bu ölkələrdə ilk dəfə baş tutacaq.
Lakin Bakıdakı yarış Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalı qazandırmayacaq. Belə ki, Rabatdakı Premyer Liqa, İsveçin Yöteborq şəhərindəki Avropa çempionatı (12-16 may) və Fransanın paytaxtı Parisdəki Təsnifat turniri (11-13 iyun) lisenziya xalı qazandıran yarışlar olacaq.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə karate üzrə Premyer Liqa yarışı keçiriləcəyini Oxu.Az məlumat vermişdi. Bildirmişdik ki, BƏƏ-nin Dubay şəhərində 2021-ci ildə dünya çempionatı keçiriləcəyindən, fevralda bu ölkədəki Premyer Liqa yarışı Bakıya veriləcək. Azərbaycanda ənənəvi olaraq keçirilən “Baku Open Karate” yarışı isə gələn Premyer Liqa ilə təşkil olunacaq.
Oxşar xəbərlər

Millimizin sabiq futbolçusu Rusiya Premyer Liqasın...
İdman Xəbər

XIII tura start veriləcək - Premyer Liqa
Bugun.az

Türk futbolçu bu kluba transfer ola bilər
Bugun.az

“Arsenal” səfərdə qələbə qazandı - Premyer Liqa
Bugun.az

"Liverpul" aşağı liqa klubunu darmadağın etdi
İdman Xəbər

"Premyer Liqanı 3 dövrədən ibarət keçirmək ən yaxş...
Bugun.az