İƏT üçün antikorrupsiya tövsiyələri hazırlanıb
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər üçün korrupsiyanın ölçülməsi və antikorrupsiya tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə tövsiyələr hazırlanıb. Sənəd Bakıda keçirilən üçüncü yüksək səviyyəli görüşün yekunu olaraq ortaya çıxıb.
Mingəçevirdə bıçaqlanma ölümlə nəticələnib
Mingəçevirdə 42 yaşlı kişi bıçaq xəsarəti nəticəsində həyatını itirib. Hadisə şəhərin Günəşli yaşayış massivində yerləşən fərdi təsərrüfatlardan birində qeydə alınıb. Məlumata görə, 1984-cü il təvəllüdlü şəhər sakini ürək nahiyəsindən bıçaq xəsarəti alıb.
"Daltonlar" cinayət qruplaşmasına qarşı əməliyyat
Türkiyədə "Daltonlar" adlanan cinayət qruplaşmasına qarşı keçirilən əməliyyat çərçivəsində 76 şübhəli barəsində həbs qərarı verilməsi tələb olunub. Hüquq-mühafizə orqanlarının genişmiqyaslı əməliyyatı nəticəsində saxlanılan şəxslərin mütəşəkkil cinayət fəaliyyəti ilə məşğul olduqları müəyyən edilib.
Avtomobillərdə qanunsuz reklama görə cərimə azaldılır
Avtomobillərdə qanunsuz reklamın yayılmasına görə tətbiq edilən cərimələr azaldılır. Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində bu məsələ öz əksini tapıb. Layihəyə əsasən, qanunsuz reklama görə 50 manat ödəməli olacaqsınız.
Baş prokuror Abşeronda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev noyabrın 5-də Abşeronda vətəndaşları qəbul edəcək. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Qəbul saat 10:00-da Abşeron rayon prokurorluğunun inzibati binasında keçiriləcək.