AMEA Rəyasət Heyəti Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxıb
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsi müzakirə olunub. Bu barədə AMEA-dan APA-nın sorğusuna cavab olaraq məlumat verilib. Bildirilib ki, məsələ AMEA-nın 23 noyabr 2023-cü il tarixli iclasında gündəmə gətirilib.
Baş prokuror korrupsiyaya qarşı mübarizədə profilaktik tədbirlərin əhəmiyyətini vurğulayıb
Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizədə təkcə cəza tədbirlərinə deyil, həm də bu problemin qarşısının alınmasına xüsusi diqqət yetirir. Bu fikri o, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə mövzusunda keçirilən tədbirində səsləndirib.
Zaqatalada iş adamı milyonluq dələduzluqda təqsirləndirilərək həbs edilib
Zaqatalada gübrə satışı ilə məşğul olan iş adamı Əmrah Ramazan Valeh oğlu böyük məbləğdə dələduzluqda təqsirləndirilir. İttihama görə, o, aldığı məhsulların pulunu ödəməyib və zərərçəkənlərə ümumilikdə 924 901 manat ziyan dəyib. İş adamı barəsində həbs qətimkan tədbiri seçilib.
Saxta məhkəmə ekspertizasına görə yeni cərimə məbləğləri müəyyənləşdirilir
Məhkəmə ekspertizası sahəsində qanun pozuntularına görə yeni cərimə məbləğləri tətbiq olunacaq. Bu barədə qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, saxta məhkəmə ekspertləri 3 min manatadək cərimə ilə üzləşə bilərlər.
Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası alıb və xəstəxanaya aparılarkən yolda vəfat edib. İlkin məlumata görə, hadisə qonşular arasında yaranan mübahisə zəminində baş verib.