“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanılıb
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev saxlanılıb. APA-nın əldə etdiyi xəbərə görə, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.
Bakıda autizmli uşağın döyülməsi faktı üzrə cinayət işi başlanılıb
Bakıda uşaqların erkən inkişaf mərkəzində autizmli uşağın döyülməsi faktı polis tərəfindən araşdırılır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə ilə əlaqədar xuliqanlıq maddəsi ilə cinayət işi açılıb, hazırda zəruri istintaq tədbirləri aparılır.
Konstitusiya Məhkəməsi həbs qətimkan tədbirinin seçilməsi qaydalarına aydınlıq gətirib
Azərbaycan Konstitusiya Məhkəməsi həbs qətimkan tədbirinin seçilməsi qaydalarına dair mühüm qərar qəbul edib. Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Plenum iclasında Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxılıb.
Lerikdə qızıl oğurlamaqda şübhəli bilinən şəxslərdən biri qayalıqdan dərəyə yıxılaraq ölüb
Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən edilib. Hadisə nəticəsində həmin şəxslərdən biri qayadan yıxılaraq həyatını itirib, iki nəfər saxlanılıb, daha bir iştirakçının tutulması istiqamətində tədbirlər davam etdirilir.
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni külli miqdarda dələduzluq ittihamı ilə həbs olunub
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Məlumata görə, bununla bağlı Nəsimi Rayon Məhkəməsində qərar qəbul olunub və hadisə ilə bağlı araşdırma aparılır.