Dövlət əleyhinə çağırışlarla bağlı daha 7 nəfər beynəlxalq axtarışa verilib
Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlarla bağlı cinayət işi üzrə istintaq davam edir. Baş Prokurorluğun məlumatına görə, Türkiyədə fəaliyyət göstərən qruplarla əlaqəli daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib.
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobillərin yandırılması ilə bağlı daha bir nəfər saxlanılıb. Məlumata görə, Masazırda 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Hərbi Prokuror Laçında hərbi qulluqçularla görüşüb
Hərbi Prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Laçın rayonunda yerləşən bölmələrində hərbi qulluqçularla görüşüb. Hərbi Prokurorluqdan verilən məlumata görə, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər müzakirə olunub.
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olunub
Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb və məhkəmənin qərarı ilə 20 sutqa müddətinə inzibati qaydada həbs olunub. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, sürücü paytaxt sakini Bəxtiyar Ağayevdir.
Səhiyyə Nazirliyinin sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti proses keçirilib. Hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə yarım milyonluq mənimsəmə ilə bağlı ekspertiza təyin olunub.