Baş prokuror: Müharibə cinayətləri törədənlərə layiqli cəzalar verilib
Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. Bu barədə Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbirdə bildirib. Baş prokuror həmçinin qeyd edib ki, ölkədə hərbi və ağır cinayətlərin sayı azalıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində iki mühüm proses davam edir
Bakı Ağır Cinayətlər Məhkəməsində 13 il əvvəl törədilən qəsdən adam öldürmə cinayətini təşkil etməkdə təqsirləndirilən Xəyal Əlizadənin məhkəmə prosesi davam etdirilib. Hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib. Söhbət jurnalist Vüsal Şilderin qətlinin sifarişçisi kimi tanınan şəxsin işindən gedir.
Eyni məhkəmədə digər cinayət işi üzrə də yekun proses keçirilib. Bakıda qızının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən Firdovsi Hüseynovun cinayət işi üzrə hakim Nemət Məmmədovun sədrliyi ilə hökm oxunub.
Konstitusiya Məhkəməsi döymə əməlində "mütəmadilik" anlayışına aydınlıq gətirib
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. İclasda İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusu əsasında Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin Konstitusiyanın bir sıra maddələrinə uyğunluğu araşdırılıb. Məhkəmə döymə əməlində "mütəmadilik" anlayışına aydınlıq gətirib.
Sabunçuda qadın qətlə yetirilib, əri saxlanılıb
Sabunçu rayonunun Məmmədli kəndində faciəli hadisə baş verib. Rövşən Soltanov şəxsi münasibətlər zəminində həyat yoldaşı Mədinə Soltanovanı bıçaqlayaraq qətlə yetirib. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib, əri isə saxlanılıb.
Vəkillik müstəqilliyi və beynəlxalq əməkdaşlıq müzakirə olunub
Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkillik müstəqilliyinin hüququn aliliyinin əsas təminatı olduğunu bəyan edib. Bu fikir Polşa Milli Vəkillər Şurasının AEA-EAL-a üzvlüyünün 30 illiyi və Avropa Vəkillər Assosiasiyasının təsis edilməsinin 40 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Baş Prokurorluğun nümayəndələri isə BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər. Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən konqresdə Baş Prokurorluğun təmsilçiləri müvafiq müzakirələrdə iştirak ediblər.
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib
Bakıda yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü həbs edilib. Bu barədə Bakı Şəhər DYP İdarəsindən məlumat verilib. DYP əməkdaşlarının apardığı yoxlama nəticəsində müəyyən edilib ki, "Subaru" markalı, 99-LT-866 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtoxuliqanlıq edib.