Qanun İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Baş Prokuror: Müharibə cinayətləri törədənlərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. Bu barədə Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbirdə məlumat verib.


Baş Prokuror: Hərbi və ağır cinayətlərin sayı azalıb

Azərbaycanda hərbi və ağır cinayətlərin sayı azalıb. Baş prokuror Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı günü və Prokurorluğun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə bu barədə məlumat verib.


Prokurorluğun 108-ci ildönümü münasibətilə tədbir keçirilib

Oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günüdür. Bu münasibətlə sentyabrın 28-də Baş Prokurorluqda tədbir keçirilib. Tədbirin əvvəlində qurumun rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.


Vəkillik müstəqilliyi hüququn aliliyinin əsas təminatıdır

Vəkillik müstəqilliyi hüququn aliliyinin əsas təminatıdır. Bu fikir Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən Polşa Milli Vəkillər Şurasının AEA-EAL-a üzvlüyünün 30 illiyi və Avropa Vəkillər Assosiasiyasının təsis edilməsinin 40 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirilib.


Anım Günü münasibətilə 80 vətəndaşa pulsuz hüquqi yardım göstərilib

27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Vəkillər Kollegiyası ölkə ərazisində növbəti dəfə pulsuz hüquqi yardım aksiyası keçirib. Tədbir çərçivəsində 80 vətəndaşa müxtəlif hüquqi məsələlər üzrə dəstək göstərilib.


Ağstafada 34 yaşlı kişi qətlə yetirilib

Ağstafada qətl hadisəsi baş verib. Rayon ərazisində qeydə alınan hadisə nəticəsində 1992-ci il təvəllüdlü bir kişi həyatını itirib. Məlumata görə, R.İsmayılov bıçaqlanaraq qətlə yetirilib.


Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib

Bakıda yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü həbs edilib. Bu barədə Bakı Şəhər DYP İdarəsindən məlumat verilib. DYP əməkdaşlarının apardığı yoxlama nəticəsində müəyyən edilib ki, "Subaru" markalı, 99-LT-866 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtoxuliqanlıq edib.