Lənkəranda 3 yaşlı uşağa qarşı zorakılıqla bağlı atalıq saxlanılıb
Lənkəranda 2023-cü il təvəllüdlü 3 yaşlı uşağın fiziki zorakılığa məruz qalması ilə bağlı araşdırma davam edir. Azyaşlı sentyabrın 25-i saat 05:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Hadisə ilə əlaqədar uşağın atalığı Qismət Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Eyni zamanda ananın valideynlik hüququnun məhdudlaşdırılması məsələsinə də baxılır.
Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə törədilən cinayətlər üzrə məhkəmə başlayıb
Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Edik İsrafilov, Amid Məmmədov və Nurlan Səfərovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
Paytaxtın Suraxanı rayonunda 11 kiloqram narkotik vasitə tapılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı faktlar müəyyən edilib.
"TikTok"da dələduzluq edən əmlakçıya hökm oxunub
Bakıda bir qrup vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Daşqın Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. İttihama əsasən, o, "TikTok" platforması üzərindən əmlak alqı-satqısı adı ilə vətəndaşları aldadıb.
Baş Prokurorluqda şəhid əməkdaşların ailə üzvləri ilə görüş keçirilib
Sentyabrın 25-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 27 sentyabr Anım günü və 1 oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı münasibətilə görüş keçirilib.
Tədbirdə prokurorluğun veteranları, Vətən müharibəsində iştirak edən əməkdaşlar və şəhid prokurorluq işçilərinin ailə üzvləri iştirak ediblər.