Bakıda 40 kiloqram narkotik aşkarlanıb
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
Qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib.
"Kristal Estetik" klinikası ilə bağlı inzibati tədbirlər görülüb
Baş Prokurorluq "Kristal Estetik" klinikasında gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında araşdırma aparıb.
Araşdırma zamanı "Kristal Estetik" MMC tərəfindən qanunsuz fəaliyyət göstərildiyi müəyyən edilib və inzibati tədbirlər görülüb.
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri barədə apellyasiya qərarı verilib
Sumqayıt Apellyasiya Məhkəməsində "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşı barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb
Prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində 2013-cü il avqustun 5-də Şəmkirdə törədilən qətlin üstü açılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.
Lənkəranda 75 500 manat oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb
Lənkəran rayonunda yerləşən evlərdən birindən 500 manat və içərisində 75 000 manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb.