Astara Gömrük İdarəsində 79 kq narkotik aşkarlanıb
Astara Gömrük İdarəsinin əməkdaşları böyük miqdarda narkotikin Azərbaycan ərazisindən tranzitlə keçirilməsinin qarşısını alıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, əməliyyat-axtarış tədbirləri nəticəsində 79 kq 740 qram marixuana aşkarlanıb.
Narkotik vasitə "kahı" və "kərəviz" yükü altında gizlədilərək daşınmaq istənilib. Faktla bağlı araşdırma aparılır.
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
Göygöl rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, Gəncə şəhər sakini Mətləb Quliyev həyat yoldaşı Mehriban Quliyevanı bıçaqla qətlə yetirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma başlanılıb.
Ağdamda kəhriz quyusundan meyit tapılıb
Ağdam rayonunun Şelli kəndi ərazisində ölüm hadisəsi qeydə alınıb. Kənd ərazisindəki kəhriz quyusundan Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Müşfiq Aqil oğlu Hacıyevin meyiti aşkarlanıb.
İlkin məlumata görə, M.Hacıyev bir neçə gün əvvəl yaşadığı ünvana gedib və o vaxtdan ondan xəbər olmayıb. Faktla bağlı araşdırma aparılır.