İrandan PUA ilə göndərilən narkotiklərin Bakı dövriyyəsi dayandırıldı
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində İrandan Füzuliyə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə göndərilən narkotik vasitələrin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb.
Əməliyyat zamanı narkokuryerlikdə şübhəli bilinən şəxslər müəyyən edilərək cinayətkar şəbəkənin fəaliyyətinə son qoyulub. Bu barədə DİN-dən məlumat verilib.
Xəzər rayonunda evdən 10 min manat oğurlayan şəxs tutuldu
Bakının Xəzər rayonu ərazisində qeydə alınan 10 min manat məbləğində pul oğurluğu hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı şəxs müəyyən edilərək saxlanılıb. İlkin məlumata görə, həmin şəxs pulu işlədiyi evdən oğurlayıb.
Nizami rayonunda taksidən oğurluq edən şəxs saxlanıldı
Bakının Nizami rayonunda taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən birinin avtomobilindən pul və bank kartları oğurlayan şəxs Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata əsasən polis tərəfindən saxlanılıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib və o, məsuliyyətə cəlb olunub.