Batumidə iki Azərbaycan vətəndaşında külli miqdarda narkotik aşkarlanıb
Gürcüstanın Batumi şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb. Ölkənin Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumatda bu hadisə təsdiq edilib. 1995-ci il təvəllüdlü A. A. və 1994-cü il təvəllüdlü digər şəxsin üzərində külli miqdarda narkotik vasitə aşkar olunub. Hər iki şəxslə bağlı istintaq tədbirləri davam etdirilir.
Biləsuvarda 23 yaşlı kişinin meyiti tapılıb
Biləsuvar rayonunun Səmədabad kəndində 23 yaşlı kişinin meyiti aşkar edilib. Hadisə səhər saatlarında qeydə alınıb. Meyit kənd sakini olan İbadov Riyad Xəlil oğluna məxsus olub. Onun cəsədi yaşadığı ünvanda, evin həyətində yerləşən bir tikili ərazisində tapılıb. Hadisənin səbəbləri araşdırılır.