Binəqədidə 54 kiloqram narkotik aşkarlandı
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində paytaxt ərazisində 54 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Tədbirlər zamanı narkokuryerlik etməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb. Hadisə ilə bağlı video görüntülər də yayılıb.
Narkotik qaçaqmalçılığında ittiham olunan şəxs Türkiyədə tutulub
Ağır cinayətlərdə ittiham olunan Azərbaycan vətəndaşı Səbutər Babayev Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya ediləcək. Baş Prokurorluğun vəsatəti Türkiyənin səlahiyyətli orqanları tərəfindən təmin edilib. Əməliyyat "Ekstradisiya haqqında Avropa Konvensiyası"nın tələblərinə uyğun şəkildə həyata keçirilir.
Müdafiə Nazirliyinin sabiq rəisinin məhkəməsi başlayıb
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib və prosessual məsələlər müzakirə olunub.
Kamran Əsədovun məhkəməsində şahidlər dinlənilib
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.
Özünü bank əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
Paytaxtda özünü bank əməkdaşı kimi təqdim edərək vətəndaşın kartından pul oğurlayan 42 yaşlı İ.Tahirov polis tərəfindən saxlanılıb. Zərərçəkmiş şəxs polisə müraciət edərək bank kartından pulunun oğurlandığını bildirib. Aparılan tədqiqat nəticəsində şübhəli şəxs müəyyən edilərək tutulub.