Tərtərdə qətl şübhəlisi saxlanılıb
Tərtər rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 1995-ci il təvəllüdlü Səfixan Nağıyev tutulmuşdur. Saxlanılan şəxs 1999-cu il təvəllüdlü Aslanov Nabil Saleh oğlunun qətlində şübhəli bilinir. Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Sabunçuda 320 min manatlıq oğurluq - şübhəli həbs edilib
Bakının Sabunçu rayonunda evdəki seyfdən 320 000 manat pul oğurlanması hadisəsi ilə bağlı polis əməliyyat keçirib. Zərərçəkmiş şəxs polisə müraciət edərək öz qohumunun pul vəsaitini oğurladığını bildirib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində şübhəli şəxs müəyyən edilərək həbs olunub.
Suraxanıda 13 dəmir darvaza oğurlayan şəxslər tutulub
Suraxanı rayonunda anbardan 13 ədəd dəmir darvaza və su çəninin oğurlanması hadisəsi ilə bağlı polis araşdırma aparıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.