Maştağada gəlinin qətli ilə bağlı cinayət işi üzrə hökm oxunub
Maştağa qəsəbəsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşdırılıb və hökm elan olunub.
Prokuror Şahin Şıxlinski və oğluna 9 il həbs cəzası istəyib
Yekaterinburqun Kirovski rayon məhkəməsində Azərbaycan diasporunun keçmiş sədri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinskinin hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə prokuror hər iki təqsirləndirilən şəxs üçün 9 il həbs cəzası tələb edib.
Xəstənin ölümündə təqsirləndirilən həkimə hökm oxunub
Yeni Klinikada əməliyyat zamanı texniki qüsur nəticəsində xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovaya 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib. Hökm Bakının Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyeva tərəfindən elan olunub.
Dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı yeni qaydalar təsdiqlənib
Nazirlər Kabineti "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası"nı təsdiq edib. Yeni qaydaya əsasən, müsabiqə test imtahanından və söhbət mərhələsindən ibarət olacaq. Bu addım dövlət icra mexanizminin peşəkarlığının artırılmasına yönəlib.
Nəsimi rayonunda 72 kiloqram narkotik dövriyyədən çıxarılıb
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyatlar keçirib. DİN-in mətbuat xidmətinin məlumatına görə, tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb və ümumilikdə 72 kiloqram narkotik maddə dövriyyədən çıxarılıb.