Şəmkirdə 19 yaşlı gəncin qətlə yetirilməsinin təfərrüatları məlum olub
Şəmkir rayonunda 19 yaşlı Ramal Quliyevin qətlə yetirilməsi ilə bağlı təfərrüatlar ortaya çıxıb. Məlumata görə, hadisəni törədən 2010-cu il təvəllüdlü F.Paşazadə - yəni 16 yaşlı yeniyetmə - Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirib. Araşdırma nəticəsində müəyyən edilib ki, qətlə yetirilən gənc hadisəni törədənin bacısını sevirmiş və aralarında bu zəmində mübahisə yaranıb. Hadisə rayonun Kür qəsəbəsi ərazisində baş verib. Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şübhəli şəxs qısa müddətdə saxlanılıb. Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayaraq bildirib ki, yetkinlik yaşına çatmamış şəxs qətldə şübhəli qismində tutulub və araşdırma davam etdirilir.
Əfqan Sadıqov Gürcüstandan Azərbaycana deportasiya edilib
Əfqan Sadıqov Gürcüstandan Azərbaycana deportasiya edilib. Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib. Vəkilin sözlərinə görə, Sadıqov ölkəyə gətirildikdən sonra Dövlət Miqrasiya Xidmətində dindirilib. Günün ikinci yarısında isə o, sərbəst buraxılıb.