Xəzərdəki faciə Qazaxıstan Müdafiə Nazirliyində sistemli problemləri üzə çıxarıb
Xəzər dənizində baş verən faciədən sonra aparılan kompleks yoxlama Qazaxıstan Müdafiə Nazirliyinin təlimlərin hazırlanması və keçirilməsində ciddi sistemli qüsurların mövcud olduğunu aşkarlayıb. Bu barədə ölkənin Baş naziri Oljas Bektenov deputat sorğusuna cavabında məlumat verib.
Azərbaycanda qaytarılmayan kreditlərlə bağlı yeni mexanizm tətbiq olunacaq
Ölkədə kredit risklərinin sığortalanması üzrə yeni qaydalar hazırlanıb və yaxın vaxtlarda qüvvəyə minəcək. Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yeni mexanizm vətəndaşların kredit öhdəlikləri ilə bağlı risklərin idarə olunmasına yönəlib. Qaytarıla bilməyən kreditlərin aqibəti ilə bağlı bu addım maliyyə sektorunda mühüm dəyişiklik kimi qiymətləndirilir.
Belçikada kiberhücum şübhəsi: supermarketlərdə məhsullar xarab olub
Delhaize supermarket şəbəkəsinin Belçikadakı bir çox mağazasında soyuducu və dondurucu qurğuların temperaturu qəflətən 15 dərəcəyə qədər yüksəlib, nəticədə külli miqdarda məhsul yararsız hala düşüb. RTL telekanalının məlumatına görə, ilkin ehtimallara əsasən hadisə kiberhücumla bağlı ola bilər.
Tallində çatdırılma robotu qəzaya səbəb olub - doqquz nəfər xəsarət alıb
Estoniya paytaxtı Tallində Starship şirkətinə məxsus çatdırılma robotu qırmızı işıqda yolu keçərək avtobusun kəskin əyləc etməsinə səbəb olub. Hadisə nəticəsində doqquza qədər sərnişin xəsarət alıb. Avtobus sürücüsü toqquşmanın qarşısını almaq üçün kəskin əyləc edib, lakin bu zaman sərnişinlər müxtəlif dərəcəli zədələr alıb.
Vahid geyim qaydaları özəl məktəblərə şamil olunacaqmı?
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov dövlət ümumi təhsil müəssisələri üçün müəyyən edilmiş vahid geyim qaydalarının özəl məktəblərə tətbiqi məsələsinə münasibət bildirib. Nazir müavini APA-ya müsahibəsində qeyd edib ki, hazırda bu qaydalar yalnız dövlət məktəblərini əhatə edir.