Xəbər İcmalı - 01.11.2026

icmal

Texasda atışma: 4 nəfər ölüb, 15 nəfər yaralanıb

ABŞ-nin Texas ştatının Dallas şəhərində baş verən atışma nəticəsində azı 4 nəfər həyatını itirib, 15 nəfər xəsarət alıb. "Associated Press" agentliyi Dallas polis rəisinin açıqlamasına istinadən xəbər verib ki, şənbə günündən bazara keçən gecə şəhərin rayonlarından birində üç ayrı atışma hadisəsi qeydə alınıb.


Finlandiya 16 subayı pulsuz səyahətə dəvət edir

Dünyanın ən xoşbəxt ölkələrindən biri sayılan Finlandiya qeyri-adi turizm kampaniyası ilə diqqət çəkib. Ölkənin turizm təşviqat qurumu Visit Finland dünyanın müxtəlif yerlərindən seçiləcək 16 subayı fevral ayında dörd günlük xüsusi proqrama dəvət edir. Səyahətin bütün xərcləri ev sahibi tərəf - yəni Finlandiya tərəfindən ödəniləcək.


Goranboyda yol qəzasında piyada həlak olub

Goranboy rayonunun Borsunlu-Rəhimli-Səfikürd avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 1988-ci il təvəllüdlü Ş. Məmmədovun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil yolu keçmək istəyən 34 yaşlı piyadanı vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.


Apple-ın kodunda gizli təhlükəsizlik kamerası funksiyası aşkarlanıb

Apple şirkətinin proqram təminatı kodunda yeni HomeView adlı funksiyaya aid izlər aşkar edilib. HomeView Software 27.2 versiyasının kod sətirlərinin təhlili göstərir ki, bu funksiya HomeKit Secure Video təhlükəsizlik kamerası kimi işləyəcək. Məlumata görə, HomeView hərəkət aşkarlama, canlı baxış və video yazma imkanlarını təklif edəcək.