Bakıda velosipedçinin ölümü ilə nəticələnən qəza baş verib
Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, gecə saatlarında Maştağa qəsəbəsində naməlum avtomobil nəqliyyat axınına əks istiqamətdə velosiped idarə edən Ülfət Hüseynovu vurub. Hadisə nəticəsində velosipedçi həyatını itirib.
Pentaqon rəhbəri impiçmentlə üzləşə bilər
ABŞ müdafiə naziri Pit Heqset noyabrın 3-nə təyin edilmiş Konqresə aralıq seçkilərindən sonra impiçment proseduru ilə üzləşə bilər. Bunun səbəbləri arasında İranla müharibənin dalana dirənməsi, Pentaqonda baş verən qalmaqallar və Donald Tramp administrasiyasının ümumi populyarlığının aşağı düşməsi göstərilir.
Apple süni intellekt funksiyalarını Çin bazarına gətirir
Apple şirkəti süni intellekt platforması olan Apple Intelligence-i Çin bazarında istifadəyə verməyə hazırlaşır. Planlara görə, yenilik dekabr ayında iOS 27.3 versiyası ilə birlikdə təqdim olunacaq. Çin bazarı üçün yerli süni intellekt modeli Qwen-dən istifadə ediləcək.
Türkiyə ilə Şimali Makedoniya səhiyyə sahəsində əməkdaşlığı genişləndirir
Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu Şimali Makedoniya Respublikasının səhiyyə naziri Saşo Klekovski ilə ikitərəfli görüş keçirib. Görüş zamanı iki ölkə arasında səhiyyə və tibb elmləri sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair anlaşma memorandumu imzalanıb.