Libya Türkiyə ilə dəniz səlahiyyət sazişini təsdiqlədi
Libya Təmsilçilər Məclisi Türkiyə ilə Libya arasındakı dəniz səlahiyyət zonaları sazişini təsdiqləyib. Gümüşhane Universitetinin Geofizika Mühəndisliyi kafedrasının müdiri professor Nafiz Maden bu qərarı Türk diplomatiyasının mühüm uğuru kimi dəyərləndirib.
Bakıda yanğın təhlükəsizliyini pozan hotelin fəaliyyəti dayandırılıb
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yoxlaması nəticəsində Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki mehmanxanada yanğın təhlükəsizliyi tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Aşkarlanan nöqsanlara görə otelin fəaliyyəti dayandırılıb.
Bakıda daha dörd avtobus marşrutu "20 Yanvar" dayanacağından çıxarılır
Noyabrın 2-dən etibarən 102, 130, 142 və 159 nömrəli avtobus marşrutları "20 Yanvar" metrostansiyasının yaxınlığındakı dayanacaqdan çıxarılacaq. Bu marşrutlar hazırda Moskva prospektindəki "14 saylı notariat ofisi"nin yanındakı dayanacaqdan hərəkət edir.
Ədliyyə naziri Samuxda vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fərid Əhmədov noyabrın 6-da Samux rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbula Gəncə şəhəri, Daşkəsən, Goranboy, Naftalan, Samux və Göygöl rayonlarının sakinləri nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə müraciət edə bilərlər.
XRP Ledger tokenlərlə bağlı qaydaları sərtləşdirir
XRP Ledger şəbəkəsində icazəli tokenlərin kimlər tərəfindən saxlanıla biləcəyi qaydalarını sərtləşdirən bir sıra düzəlişlər aparılıb. XRP Ledger Foundation bildirib ki, dəyişikliklərdən heç bir istifadəçi zərər görməyib. Düzəlişlər şəbəkədə icazəli tokenlərin dövriyyəsi üzərində nəzarəti gücləndirməyə yönəlib.