İspaniyada qatar qəzası iğtişaşlara səbəb oldu
İspaniyada 68 nəfərin həyatını itirdiyi dəmir yolu qəzası paytaxt Madriddə kütləvi etirazlara yol açıb. "Euronews"un məlumatına görə, yüzlərlə etirazçı Nəqliyyat Nazirliyinin binası qarşısına toplaşaraq nazir Oskar Puentenin və Baş nazir Pedro Sançezin istefasını tələb ediblər.
Netanyahunun əfv edilməsi barədə sensasion iddia
İsrailin 14-cü telekanalının məlumatına görə, Prezident İsxak Hersoq Baş nazir Benyamin Netanyahunu tam əfv etməyi təklif edib. Təklifin şərti Netanyahunun daha iki il hökumətə rəhbərlik etməsi və sonra siyasətdən getməsidir.
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır
"Hürriyet" qəzetinin yazdığına görə, Səudiyyə Ərəbistanı Türkiyəyə öz ərazisində hərbi baza yaradılması ilə bağlı təklif göndərib. Bazanın Türkiyənin 2015-ci ildən fəaliyyət göstərən Qətərdəki hərbi bazasının modeli əsasında yaradılacağı bildirilir.
Yaponiya ABŞ ilə birgə raket zavodu quracaq
Yaponiyanın müdafiə naziri Şinciro Koizumi Filippində keçirilən mətbuat konfransında ABŞ ilə birlikdə orta mənzilli "havadan-havaya" raketlərinin istehsalı üçün ölkəsində zavod tikilməsi barədə razılığa gəlindiyini açıqlayıb.
Azərbaycanın bank sektorunda likvidlik profisiti artıb
Mərkəzi Bankın məlumatına görə, Azərbaycanın bank sektorunda struktur likvidlik profisiti sentyabr ayının sonuna 6,2 milyard manata çatıb. Eyni zamanda, AMB 2026 və 2027-ci illər üçün cari əməliyyatlar balansının profisiti ilə bağlı proqnozlarını artırıb - 2026-cı ildə 8,5 milyard dollar, 2027-ci ildə isə 5,4 milyard dollar profisit gözlənilir.
Tramp mitinqində Epsşteyn etirazı ilə üzləşib
ABŞ Prezidenti Donald Tramp Ohayo ştatında keçirdiyi mitinqdə keçmiş dostu Ceffri Epsşteynlə bağlı etirazla qarşılaşıb. Yetkinlik yaşına çatmayan qızlara qarşı fuhuş şəbəkəsi yaratmaqda ittiham olunan və həbsxanada ölü tapılan Epsşteyn məsələsi Trampın çıxışını kölgələyib.