İspaniyada qatar qəzasında ölənlərin sayı 46-ya yüksəldi
İspaniyanın Toledo şəhəri yaxınlığında iki sürətli sərnişin qatarının toqquşması nəticəsində həlak olanların sayı 46 nəfərə çatıb. Əvvəlki məlumatlarda 40 ölü bildirilmişdi. İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin son məlumatına görə, qəza yerli vaxtla səhər saat 08.54-də Madrid-Endülüs marşrutu üzrə hərəkət edən qatarlar arasında Los Yebenes ərazisində baş verib. Çox sayda yaralı da var. Baş nazir Pedro Santçes hadisə ilə bağlı dərin kədər duyduğunu açıqlayaraq başsağlığı verib.
Hürmüz boğazında neft tankeri minaya çarpıb alovlanıb
İran donanması Hürmüz boğazının şərq hissəsində yerləşən qadağan olunmuş zonadan keçməyə çalışan neft tankerinin dəniz minasına çarpıb alovlandığını açıqlayıb. İran ordusunun çərşənbə axşamı yayımladığı bəyanatda bildirilir ki, tanker izləmə sistemlərini söndürərək boğazdan keçməyə cəhd edib.
İsraildə seçki nəticələri açıqlanır, Tramp hökumət qurulmasına müdaxilə edir
İsraildə parlament seçkilərindən sonra səslərin sayılması davam edir. Yedioth Ahronoth qəzetinin Trampa yaxın mənbələrə istinadla yaydığı xəbərə görə, ABŞ Prezidenti Donald Tramp Benyamin Netanyahunu müxalifətlə razılaşmaya sövq etməyə çalışır. Trampın seçkidən sonra qurulacaq hökumətlə bağlı öz planları olduğu bildirilir.
Zelenski: Torpaq məsələsi yalnız lider səviyyəsində müzakirə olunmalıdır
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin bitirilməsi üçün torpaq məsələsinin yalnız müharibə aparan ölkələrin liderləri arasında müzakirə edilməli olduğunu bildirib. Zelenski jurnalistlərə açıqlamasında heç bir başqa tərəfin bu məsələdə səlahiyyətə malik olmadığını vurğulayıb.
İran azərbaycanlı rejissor Cəfər Pənahiyə 5 il həbs cəzası verib
Tehran İnqilab Məhkəməsi azərbaycanlı əsilli iranlı rejissor Cəfər Pənahini 5 il 1 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə həmçinin onun əmlakının müsadirə olunması, iki il müddətinə sosial şəbəkələrdən istifadəsinə və ölkədən çıxışına qadağa qoyulması barədə qərar qəbul edib.
BMT Şuşa və Naxçıvanda dialoqların keçirilməsini dəstəkləyir
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitri Şlapaçenko 2027-ci ildə Şuşa və Naxçıvanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə iki dialoqun keçirilməsinin dəstəkləndiyini bildirib. Açıqlama Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda səsləndirilib.