ABŞ hərbi bazaları böyük müharibəyə hazırlaşır
Pentaqonun qlobal miqyasda baş verə biləcək böyük müharibə ssenarisə qarşı yeni hazırlıq planı üzərində işlədiyi iddia edilib. Plana görə, ABŞ-ın hərbi bazaları 90 gün ərzində xarici dəstəkdən asılı olmadan fəaliyyət göstərə biləcək. Hazırlıq ölkənin elektrik şəbəkələrinin sıradan çıxması, təchizat zəncirlərinin kəsilməsi və hərbi bazaların aylarla xarici dünyadan təcrid olunması ehtimalını nəzərə alır.
Xəzər dənizinin duzsuzlaşdırılmasına 70 milyon dollar ayrıla bilər
Asiya İnkişaf Bankı Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir. Layihə dəniz suyunun tərs osmos üsulu ilə duzsuzlaşdırılması qurğusunun layihələndirilməsini, tikintisini və maliyyələşdirilməsini əhatə edir.
Türkiyə kəşfiyyat rəhbəri İrana səfər edəcək
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmiləri İrana səfər etməyi planlaşdırırlar. İranın Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqeri bildirib ki, səfər edəcək rəsmilər arasında Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman da var. Bu səfər, Trampın İrana ultimatum verdiyi və bölgədə gərginliyin artdığı bir dövrdə diqqət çəkir.
Bitcoin 80 min dollardan aşağı düşdü
Bitcoin Federal Ehtiyat Sisteminin iclası ərəfəsində treyderlərin riski azaltması fonunda 80 min dollar səviyyəsindən aşağı enib. Aparıcı kriptovalyutalar arasında itkilərə Ether və XRP başçılıq edib.
Netanyahu seçki ərəfəsində mübahisəli paylaşım edib
İsrailin Baş naziri Binyamin Netanyahu ümumi seçkilərdən bir gün əvvəl sosial media hesabından süni intellektlə hazırlanmış mübahisəli görüntü paylaşıb. Paylaşımda İsrail üzərində nüvə partlayışını göstərən görüntü və iki atom bombasının ölkənin mərkəzi hissəsinə düşmə ehtimalından bəhs edən ifadələr yer alıb.
Capcom-a kiberhücum: 11,7 milyon hesab təhlükə altında
Yaponiyanın tanınmış oyun şirkəti Capcom böyük miqyaslı kiberhücuma məruz qaldığını açıqlayıb. Şirkətin məlumatına görə, dünya üzrə 11 milyon 774 min 247 Capcom ID hesabına aid məlumatlar oğurlanıb. Hücum nəticəsində istifadəçilərin e-poçt ünvanları və hesab məlumatları açığa çıxıb.