Xəbər İcmalı - 26.10.2026

icmal

Braziliyada Lula da Silva dördüncü dəfə prezident seçilib

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ikinci turda qalib gələrək dördüncü dəfə dövlət başçısı seçilib. Braziliya Ali Seçki Məhkəməsinin məlumatına görə, səsvermənin ikinci mərhələsində seçki məntəqələrinin 99,98 faizi açılıb və Lula da Silva etibarlı səslərin 51,78 faizini toplayıb.


Niderland xarici işlər naziri Azərbaycanda səfərdədir

Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycana səfər edib. Nazir "X" sosial media hesabında bildrib ki, bu həftə həm Azərbaycana, həm də Ermənistana səfər edir. Səfərin məqsədi hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsidir.


Paşinyan: "Üçbaşlı müharibə partiyası" məhv edilib

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, "Ermənistan" bloku, "Güclü Ermənistan" və "Çiçəklənən Ermənistan" partiyalarından ibarət "üçbaşlı müharibə partiyası" məhv edilib. Paşinyanın sözlərinə görə, bunu yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin nəticələri də təsdiqləyir. O, ölkəyə yeni müxalifətin lazım olduğunu vurğulayıb.


Fransa komendant saatı tətbiqini davam etdirəcək

Fransa hakimiyyəti etiraz aksiyalarının vəziyyətindən asılı olaraq iri şəhərlərin ayrı-ayrı rayonlarında komendant saatı tətbiq etməyi davam etdirəcək. Bu barədə daxili işlər naziri Loran Nunez BFMTV telekanalına açıqlama verib. Tədbir oktyabrın 24-də keçirilən nümayişlərdən əvvəl də həyata keçirilirdi.


Ekspertlər AB-ni Beynəlxalq Cinayət Məhkəməsini qorumağa çağırır

Beynəlxalq cinayət hüququ üzrə ekspertlər ABŞ-ın sanksiya siyahısına daxil etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini davam etdirə bilməsi üçün Avropa İttifaqını və üzv dövlətləri yalnız bəyanatlarla kifayətlənməməyə çağırıb. Ekspertlərin fikrincə, AB-nin Bloklama Qaydası mexanizmi məhkəməni ABŞ sanksiyalarından qoruya bilər.


Kipr danışıqlarında gərginlik: Rum tərəfi şərt qoyulmasına etiraz edir

Rum danışıqçısı Menelaos Menelau ŞKTC Prezidenti Tufan Erhürmanın fırlanan sədrliyin danışıqlar başlamazdan əvvəl təsdiqlənməsi barədə yanaşmasına qarşı çıxıb. Menelau bildirib ki, danışıqların yenidən başlaması üçün birtərəfli ilkin şərtlər irəli sürülə bilməz.