Xəbər İcmalı - 26.10.2026

icmal

İsrail ordusu Əl-Xəlildə 2649 fələstinlini zorla evlərindən çıxarıb

İşğal altındakı Qərbi İordaniyanın Əl-Xəlil şəhərində dörd gündür davam edən mühasirə nəticəsində İsrail ordusu 2649 fələstinlini zorla evlərindən çıxararaq yurdlarından didərgin salıb. Bu barədə Fələstinin rəsmi WAFA agentliyi məlumat yayıb. Xatırladaq ki, bu gün əvvəl İsrailin Han Yunusdakı çadır düşərgəsinə endirdiyi zərbə nəticəsində 3 nəfər həlak olmuşdu. İsrailin həm Qəzzədə, həm də Qərbi İordaniyada hərbi əməliyyatları paralel şəkildə davam edir.


Azərbaycan Rumıniyaya neft ixracını 30 faizdən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Rumıniyaya 1 milyon 14 min tondan çox xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac olunan məhsulun dəyəri 644 milyon ABŞ dollarından çox təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 30,23 faiz artım deməkdir.


İraqda PKK-nın Sincardakı qolu silahı təhvil verib orduya birləşdiriləcək

İraqın Baş naziri Əli əs-Zeydinin nəzarəti altında terror təşkilatı PKK-nın Sincardakı qolu olan "YBŞ" adlı qurumun silahı təhvil verərək İraq ordusuna birləşdiriləcəyi açıqlanıb. İraq Baş nazirinin hərbi sözçüsü Səbah ən-Numan bu barədə rəsmi xəbər agentliyi İNA vasitəsilə açıqlama yayıb.


Elm və Təhsil Nazirliyi: İranda Azərbaycan dilində məktəb yoxdur

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İranda Azərbaycan dilində təhsil məsələsinə dair açıqlama yayıb. Nazirlik bildirib ki, İranın apardığı siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan heç bir məktəb yoxdur və azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər.


Boelo və Austen fırtınaları Avropada geniş dağıntılara səbəb olub

Avropanın şimalını vuran Boelo və Austen fırtınaları nəticəsində Almaniyada iki, Brüsseldə dörd nəfər xəsarət alıb. Güclü fırtına 150 mindən çox evdə elektrik kəsilməsinə səbəb olub, yüzlərlə uçuş ləğv edilib və telefon şəbəkələri sıradan çıxıb.


Suriyada dərsliklərdən "Osmanlı işğalı" ifadəsi çıxarılıb

Suriyada Bəəs rejiminin devrilməsindən sonra yeni rəhbərlik təhsil proqramında köklü dəyişikliklərə imza atıb. Əsəd rejimi dövründən qalan dərsliklərdən "Osmanlı işğalı" ifadəsi çıxarılıb. Bu addım 61 illik Bəəs hakimiyyəti dövrünün təhsil irsindən ayrılmaq istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilir.