Barselonada kütləvi iğtişaşlar: 100-ə yaxın şəxs saxlanılıb
İspaniyanın Barselona şəhərində kütləvi iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb. Oktyabrın 24-ü axşam saatlarında baş verən hadisələr yanğınlar, dağıntılar və polislə toqquşmalarla müşayiət olunub. EFE agentliyinin məlumatına görə, iğtişaşlar sosial şəbəkələr vasitəsilə təşkil edilən aksiya nəticəsində başlayıb.
Fransada etiraz aksiyalarına 410 min nəfər qatılıb
Fransada şənbə günü keçirilən yeni etiraz aksiyalarına ölkə üzrə təxminən 410 min nəfər qatılıb. Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən BFM TV telekanalı xəbər verib ki, yalnız paytaxt Parisdəki nümayişlərə 110 min nəfər qoşulub. Aksiyalar zamanı 135 nəfər saxlanılıb.
Səudiyyə koalisiyası Ər-Riyada atılan ballistik raketi məhv edib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Yəmən koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilərin Ər-Riyad istiqamətində buraxdığı ballistik raketi vurub məhv edib. Koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki həmçinin Ər-Riyad bölgəsində iki pilotsuz uçuş aparatının da zərərsizləşdirildiyini açıqlayıb.
İran Devrim Muhafızları ABŞ və İsrailə cavab verəcəyini bəyan edib
İran Devrim Muhafızları Ordusunun sözçüsü Hüseyn Mühibbi hücumlara misli ilə cavab veriləcəyini bildirib. Mühibbi ABŞ və İsrailin hazırda İrana qarşı effektiv əməliyyat keçirə bilmədiyini iddia edərək, düşmənin İranın gücünün fərqində olduğunu qeyd edib.
Kolumbiyada sosial media fenomeninin evindən silah anbarı çıxıb
Kolumbiyada sosial media fenomeni Wendy Jeanette Durán Bocanegranın evinə kirayə borcu səbəbindən gələn rəsmilər gözlənilməz mənzərə ilə üzləşiblər. Evdə aparılan axtarış zamanı tüfəng, tapançalar, təxminən min patron, narkotik maddə və minlərlə dollar nağd pul aşkar edilib. Hadisə silah qaçaqmalçılığı ilə bağlı araşdırmanın başlanmasına səbəb olub.
Qubadlının azad edilməsinin ildönümü qeyd olunur
25 oktyabr - Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür. 2020-ci ilin bu tarixində Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsi çərçivəsində Qubadlı şəhərini və rayonu düşmən işğalından azad edib. Hazırda Şərqi Zəngəzur bölgəsində quruculuq və bərpa işləri davam etdirilir.