Saat 14:00 - Xəbər İcmalı
Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet elan edib
Rumıniyanın xarici işlər naziri Dan Nekulesku və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında ilk telefon danışığı keçirilib. Tərəflər Qara dənizdə təhlükəsizliyin təmin olunmasını ümumi prioritet kimi qəbul edib. Nazirlər ticarət gəmilərinə edilən hücumların yolverilməz olduğunu vurğulayıblar.
"Black Sea Energy Cable" layihəsi üzrə Yol Xəritəsi hazırlanır
"Black Sea Energy Cable" layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi üçün Yol Xəritəsi hazırlanır. Layihə Qara dəniz regionunda enerji infrastrukturunun inkişafı baxımından əhəmiyyətli addım hesab olunur.
Yaponiya intiharın qarşısını almaq üçün süni intellektdən istifadəyə hazırlaşır
Yaponiyada məktəblilər arasında intihar hallarının sayında rekord artım qeydə alınıb. Bu narahatedici statistika hökuməti yeni tədbirlər görməyə vadar edib. Ölkə hakimiyyəti ictimai təşkilatlarla birgə gənclər arasında geniş yayılmış sosial şəbəkələrdə süni intellekt sistemlərindən istifadə etməyə hazırlaşır.
Məkkə Ortaq Müdafiə Sazişi Türkiyə parlamentində müzakirə olunacaq
Türkiyə Böyük Millət Məclisi Xarici İşlər Komissiyasının sədri Fuat Oktay Məkkə Ortaq Müdafiə Sazişinin çərşənbə axşamı komissiyada müzakirə ediləcəyini açıqlayıb. Oktay sazişi regional sabitlik və təhlükəsizlik baxımından çox vacib bir addım adlandırıb və Türkiyənin bu prosesdəki liderlik rolunu vurğulayıb.
Qərbi Avropadan Azərbaycana turist axını artıb
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz çoxdur. Ən çox turist Almaniyadan gəlib - 17 529 nəfər, bu isə illik 13,8 faiz artım deməkdir.