Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib
Xalq rəssamı Fərhad Xəlilov Azərbaycan mədəniyyətinin inkişafındakı böyük xidmətlərinə görə ölkənin ən yüksək dövlət mükafatlarından biri olan "İstiqlal" ordeni ilə təltif edilib. Müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən imzalanıb.
Netanyahu El-Xəlilə giriş-çıxışları bağlamağı əmr edib
İsrailin Baş naziri Binyamin Netanyahu səhər saatlarında baş verən silahlı qarşıdurmadan sonra işğal altındakı İordan çayının qərb sahilində yerləşən El-Xəlil şəhərinə giriş-çıxışların təcili məhdudlaşdırılmasını əmr edib. Bölgədə tam blokadaya hazırlıqların başlanması barədə göstəriş verilib. Təhlükəsizlik tədbirləri gücləndirilir.
Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov oktyabrın 23-də Şuşa şəhərində vətəndaş qəbulu keçirib. Qəbul Şuşa, Xankəndi, Xocalı və Xocavənd şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşlar üçün təşkil olunub.
Şahin Diniyev: "Sabah"ı "Qarabağ"dan bir pillə öndə görürəm
Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının IX turunda keçiriləcək "Sabah" - "Qarabağ" matçını çempionluq mübarizəsində həlledici görüşlərdən biri hesab edir. 60 yaşlı mütəxəssis indiki forma baxımından "Sabah"ı rəqibindən bir pillə öndə görür.
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində fləşmob keçirilib
Bakıda 27-29 oktyabr tarixlərində "Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq" devizi altında keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə oktyabrın 22-də Dənizkənarı Milli Parkda fləşmob təşkil edilib. Tədbir Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilib.
Braziliya səfiri COP31-i qlobal iqlim mübarizəsi üçün mühüm fürsət adlandırıb
Braziliyanın Ankara səfiri Gilda Motta Santos Neves BMT İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının (COP31) əvvəlki COP30-da əldə edilən irəliləyişi davam etdirmək və qlobal iqlim mübarizəsini gücləndirmək üçün mühüm imkan yaratdığını bildirib.