Suriya Bəşər Əsəd və qardaşının işini İnterpola göndərib
Suriya hökuməti devrilmiş rejimin lideri Bəşər Əsəd və onun qardaşı Mahir Əsəd barəsində toplanmış iş materiallarını Beynəlxalq Polis Təşkilatına (İnterpol) göndərdiyini rəsmi şəkildə açıqlayıb. Məlumatı Suriyanın rəsmi xəbər agentliyi SANA Şam 4-cü Ağır Cəza Məhkəməsinin sədri Fahruddinin açıqlamasına istinadən yayıb. Bu addım, Suriyanın keçmiş rejim rəhbərlərinin beynəlxalq axtarışa verilməsi istiqamətində atılmış əhəmiyyətli hüquqi addımdır.
DİM sədri: Gənclər ixtisası həqiqətən özləri seçirlərmi?
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı mühüm məsələyə diqqət çəkib. Abbaszadə sosial şəbəkədə etdiyi paylaşımda bildirib ki, ixtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil. DİM psixoloqları tərəfindən 2026-cı ilin buraxılış imtahanları ərəfəsində bu sahədə araşdırmalar aparılır. Sədrin fikrincə, gənclərin ixtisas seçiminin nə dərəcədə müstəqil olması düşünüldüyü qədər sadə məsələ deyil.
ABİF sahibkarlar üçün mikrokreditlər təqdim edib
İqtisadiyyat Nazirliyinə məxsus Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) sahibkarlıq subyektləri üçün yeni mikrokredit məhsulunu istifadəyə verib. Məhsul kiçik maliyyə vəsaitinə ehtiyacı olan sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədi daşıyır.
Monteneqro 2028-ci ilədək Aİ üzvlüyünü hədəfləyir
Monteneqronun Baş naziri Miloyko Spayiç Berlin Prosesi Liderlər Sammitindən sonra ölkəsinin 2026-cı ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqları başa çatdırmağı və 2028-ci ilin sonunadək birliyin 28-ci üzvü olmağı planlaşdırdığını açıqlayıb. Spayiç bu barədə Almaniya Kansleri Fridrix Merts və Avstriya rəhbərliyi ilə görüşlərdən sonra məlumat verib.
İslam maliyyəsi qlobal bazarlarda mövqeyini möhkəmləndirir
"PAŞA Kapital" İnvestisiya Şirkətinin Baş İcraçı Direktoru İsi Mustafayev Bakıda bildirib ki, İslam maliyyəsi artıq qlobal maliyyə bazarlarının vacib tərkib hissəsinə çevrilib. Mustafayevin sözlərinə görə, bu sistem yalnız müəyyən regionlarla məhdudlaşmır, London, Nyu-York və Asiyanın aparıcı maliyyə mərkəzlərində və birjalarında da fəal şəkildə təmsil olunur.