Zəfər xronikası: Prezident İlham Əliyevin 2020-ci ildə "Nikkei" qəzetinə müsahibəsi xatırlanır
44 günlük Vətən müharibəsinin xronikası çərçivəsində 2020-ci il oktyabrın 21-də Prezident İlham Əliyevin Yaponiyanın nüfuzlu "Nikkei" qəzetinə verdiyi müsahibə yenidən gündəmə gətirilib. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq başlanan "Dəmir yumruq" əks-hücum əməliyyatı otuz illik işğala son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etmişdi.
"Fergani Space" altıncı peykini orbitə çıxarıb
"Fergani Space Technologies" şirkəti altıncı peykini - FRG-100D4-ü SpaceX vasitəsilə uğurla orbitə çıxarıb. Süni intellekt imkanları ilə təchiz olunmuş yeni peyk Yer səthinin müşahidəsi və məlumatların toplanması üçün nəzərdə tutulub. Bu, şirkətin kosmik proqramında mühüm mərhələ kimi qiymətləndirilir.
İsrail Sakit Okean Adaları Forumuna tərəfdaş qismində qoşulub
İsrail Sakit Okean Adaları Forumuna tərəfdaş statusu ilə qoşulduğunu elan edib. İsrail Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı məlumatda bildirilir ki, əməkdaşlıq əsasən iqlim dəyişikliyinə uyğunlaşma və su ehtiyatlarının idarə olunması sahələrini əhatə edəcək.
Bakının bir sıra rayonlarında elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
Oktyabrın 21-də Bakının Yasamal, Nizami və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. "Azərişıq" ASC-nin məlumatına görə, təmir işləri abonentlərin daha keyfiyyətli və dayanıqlı enerji ilə təmin olunmasına, eləcə də enerji itkilərinin minimuma endirilməsinə yönəlib.
Saxalin sahillərində neft sızması qeydə alınıb
Rusiyanın şərqində, Saxalin adasının cənub-qərb sahilində yerləşən Tomari rayonunda neft məhsullarının sızması baş verib. "Rosprirodnadzor" mütəxəssisləri sızmanın mənbəyini müəyyənləşdirmək üçün araşdırma aparır. Hadisə barədə rayon administrasiyasının mətbuat xidməti "İnterfaks"a məlumat verib.