Xəbər İcmalı - 20.10.2026

icmal

UEFA Çempionlar Liqasında "Sabah" tarix yazır

Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının əsas mərhələsinin III tur oyunu start götürüb. "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gəlib. Matçı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir. Bu, Azərbaycan klubunun Avropanın ən nüfuzlu klub turnirində Dortmund kimi nəhəng qarşı çıxışıdır.


Zəngilan Şəhəri Günü ilk dəfə şəhərin özündə qeyd olunub

Oktyabrın 20-də Zəngilan Şəhəri Günü ilk dəfə birbaşa şəhərdə silsilə tədbirlərlə qeyd edilib. İşğaldan azad olunmuş Zəngilanda keçirilən ilk belə bayram tədbiri çərçivəsində Zəngilan Konqres Mərkəzində "Zəngilan Plov Festivalı"nın açılışı olub. Qonaqlara bölgəyə məxsus ənənəvi plov çeşidləri təqdim edilib.


Azərbaycanlı itkin ailələri Avropa Parlamentinin qarşısında aksiya keçirib

Brüsseldə, Avropa Parlamentinin qarşısındakı "Place du Luxembourg" meydanında azərbaycanlı itkin ailələri etiraz aksiyası keçirib. Aksiya "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.


Türkiyə Avropanın avtomobil planına qoşulmaq istəyir

Fransa və Almaniyanın Avropanın çətinlik çəkən avtomobil sektorunu qorumağı hədəfləyən "Made in Europe" planı barədə razılığa gəlməsindən sonra Türkiyə bu plana qoşulmaq üçün səylərini davam etdirmək qərarı alıb. Qitənin iki böyük istehsalçı ölkəsi oktyabrın 16-da Avropa avtomobil sektorunun gələcəyi ilə bağlı danışıqlar aparıb.


Fransada etirazlar böyüyür, hökumət polis qüvvələrini artırır

Fransada bahalıq və təhsil sistemindəki problemlərə qarşı keçirilən etiraz aksiyaları bir çox şəhərdə zorakılıq hadisələrinə çevrilib. Paris, Marsel, Lion və Bordoda polislə nümayişçilər qarşı-qarşıya gəlib, avtomobillər yandırılıb, iş yerləri qarət olunub. Bu fonunda Baş nazir Sebastyen Lekornu Milli Məclisdə çıxış edərək 24 oktyabra planlaşdırılan yeni nümayişlər üçün polis sayının artırılacağını açıqlayıb.


Kolombiyada 7,6 ton kokain müsadirə edilib

Kolumbiyanın Kartaxena limanında keçirilən əməliyyat zamanı qəhvəyi şəkər tozu ilə qarışdırılmış 7,6 ton kokain ələ keçirilib. Bu, ölkədə son 10 ilin ən böyük narkotik əməliyyatlarından biri kimi qiymətləndirilir.